Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İngiltərənin "Fulhem" klubu "Real"dan yarımmüdafiəçi Sesar Palasiosu transfer edib.
Modern.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə 2031-ci ilə qədər müqavilə imzalanıb. Sözləşmə daha bir il uzadıla bilər.
S.Palasios 2025/2026 mövsümündə La Liqada 5, UEFA Çempionlar Liqası və İspaniya kubokunun hərəsində 1 matçda meydana çıxıb.
Qeyd edək ki, "Fulhem" bu gün "Real"dan Qonzalo Qarsiyanı da transfer etdiyini açıqlayıb.