Real ın futbolçusu 12 oyunluq cəzalana bilər

16.02.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Real"ın futbolçusu Cud Bellinqem 12 oyunluq cəzalana bilər.

QOL.az xəbər verir ki, La Liqanın 24-cü turunda "Osasuna" ilə matçda (1:1) baş hakimi təhqir edən ingiltərəli yarımmüdafiəçi birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

"Marca"nın məlumatına görə, bu səbəbdən futbolçu ağır cəza ilə üz-üzədir. La Liqa qaydalarına əsasən, baş hakimi təhqir edən futbolçu 4 oyundan 12 matça qədər diskvalifikasiya ilə üzləşə bilər.

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsü "Real"da 33 oyunda 11 qol vurub, 10 qol ötürməsi edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью