Real ın futbolçusu Barselona nın hədəfində

19.07.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rodriqo “Real”ın prinsipial rəqibinə keçə bilər.

Sportal.az xəbər verir ki, UOL nəşrinin məlumatına görə, Madrid klubunun cinah oyunçusu ilə “Barselona” maraqlanır.

Kataloniya klubu vəziyyəti yaxından izləyir və artıq vasitəçilərlə əlaqə saxlayaraq braziliyalı futbolçuya komanda dəyişmək qərarı verəcəyi təqdirdə danışıqlara başlamağa hazır olduqlarını çatdırıb.

Son vaxtlar Rodriqo “Real”ın start heyətindən kənarda qalır. Klub Dünya Çempionatında o, yalnız “Əl-Hilal”la görüşə start heyətində çıxıb və əlavə olaraq iki oyunda sonradan meydana daxil olub.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью