Real ın futbolçusu Fabreqasın komandasına keçir SON DURUM

20.07.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

A Seriyası təmsilçisi "Komo" heyətini "Real Madrid"in müdafiəçisi ilə gücləndirmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış jurnalist Canluka Di Martsio yayıb.

Mənbə sözügedən komandanın baş məşqçisi Sesk Fabreqasın "Kral klubu"nun əvəzedici heyətində çıxış edən 20 yaşlı Yakub Ramonu sərəncamında görmək istədiyini vurğulayıb. Məlumata görə, Ramonun özü də Fabreqasın rəhbərliyi altında oynamaqda maraqlıdır. Tərəflərin bir müddətdir aparılan danışıqları yekunlaşdırmaq üzrə olduqları diqqətə çatdırılıb.

Yakubun "Real"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 1 milyon avro ilə dəyərləndirir.

Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью