Real ın futbolçusu klub sahibi oldu

18.02.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Real"ın braziliyalı futbolçusu Vinisius Junior klub sahibi olub.

QOL.az Braziliyanın UOL nəşrinə istinadən xəbər verir ki, o, investisiya şirkəti ilə birgə Portuqaliyanın 2-ci liqasında mübarizə aparan "Alverka" klubunun səhmlərinin 70-80 faizini alıb.

Qeyd edək ki, "Alverka" turnir cədvəlində ikinci sırada qərarlaşıb. Komanda əsasən braziliyalılardan təşkil edilib. Hazırda heyətdə 15 Braziliya əsilli futbolçu çıxış edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью