Real ın futbolçusu sıradan çıxdı

04.05.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Real"ın futbolçusu sıradan çıxdı

"Real" klubu komandanın müdafiəçisi Ferlan Mendinin zədəsi ilə açıqlama yayıb.

QOL.az xəbər verir ki, "kral klubu"nun məlumatına görə, tibbi heyət tərəfindən aparılan müayinələr nəticəsində fransalı futbolçunun sağ ayağının düz əzələsinin vətərində zədələnmə aşkarlanıb. Hazırda müayinənin yekun nəticələrinin dəqiqləşdirildiyi bildirilir.

"COPE" nəşrinin yaydığı məlumata görə isə, təcrübəli müdafiəçinin təxminən 5 ay yaşıl meydanlardan uzaq qalmaq ehtimalı var.

Qeyd edək ki, təcrübəli müdafiəçi İspaniya La Liqasının 34-cü turu çərçivəsində "Espanyol"a qarşı keçirilən və "Real"ın 2:0 hesablı qələbəsi ilə başa çatan matçın 14-cü dəqiqəsində xəsarət alaraq əvəzlənmək məcburiyyətində qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью