Real ın futbolçusu üçün Premyer Liqadan 40 milyon avroluq təklif

10.02.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Real"ın müdafiəçisi Raul Asensio karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Nottingem Forest" ispan futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

İngiltərə klubu 21 yaşlı mərkəz müdafiəçisi üçün Madrid təmsilçisinə 40 milyon avroluq təklif göndərib.

Qeyd edək ki, Raul Asensio "Real"ın yetirməsidir. Gənc oyunçu bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью