Icma.az, Milli.az saytına istinadən bildirir.
İspaniyanın "Real" klubunun müdafiəçisi Raul Asensio yol hərəkəti qaydalarını pozduğu üçün cəzalandırılıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı futbolçu sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün sürücülük hüququndan məhrum edilib.
Məlumata görə, Raul Asensio "Porsche" markalı avtomobillə Qran-Kanariyanın cənubunda yerləşən kurort zonasına gedərkən polis tərəfindən saxlanılıb. Əməkdaşlar futbolçunun sənədlərini yoxlayıblar və daha sonra onun sərxoş vəziyyətdə olduğu müəyyənləşdirilib.
Hadisə Qran-Kanariya adasında baş verib. Məhkəmə qərarına əsasən, Raul Asensio 14 400 avro məbləğində cərimələnib və 8 ay müddətinə avtomobil idarə etmək hüququndan məhrum olunub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)