Real ın hədəfi bilindi

07.02.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Real"ın yay transfer pəncərsi üçün əsas hədəflərindən biri müəyyənləşib.

QOL.az xəbə verir ki, Madrid təmsilçisi "Arsenal"ın müdafiəçisi Uilyam Salibanın transferini prioritet hesab edir. Bu barədə "RMC Sport" məlumat yayıb. 

Əgər keçid gerçəkləşsə, 23 yaşlı fransalı futbol tarixinin ən bahalı müdafiəçisi olacaq.

Salibanın "Arsenal"la müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalına görə, onun dəyəri 80 milyon avrodur.

Cari mövsüm Saliba bütün yarışlarda 33 oyuna çıxıb və 2 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью