Real ın hücumçusu Hakobo Orteqa Fransanın Strasbur klubuna keçib

17.08.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Madrid "Real"ının hücumçusu Hakobo Orteqa Fransanın "Strasbur" klubuna keçib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlı ispaniyalı futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.

"Transfermarkt" portalı sövdələşməni 10 milyon avro dəyərində qiymətləndirib.

İspaniya mediası qeyd edir ki, bu, əsas komandada oyun keçirməyən "Real"ın öz yetirməsinin rekord satışıdır.

Hakobo Orteqa ötən mövsüm Madrid təmsilçisinin ikinci komandasında keçirdiyi 18 oyunda 6 qol vurub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью