Real ın istədiyi ulduz futbolçu danışdı

08.04.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

"Real Madrid"in transfer siyahısında adı hallanan "Arsenal"ın futbolçusu Bukayo Saka transfer iddiaları barədə danışıb.

Metbuat.az xəbər verir ki, o “Arsenal”da xoşbəxt olduğunu ifadə edib. Futbolçu, “Azarkeşlər məni sevirlər. Bizim yaxşı münasibətimiz var və burada olmaqdan və yalnız qələbəyə diqqət yetirməkdən çox şadam” - deyə bildirib.

Qeyd edək ki, Bukayo Sakanın “Arsenal”la müqaviləsi 2027-ci ildə yekunlaşır. “Arsenal”ın futbolçunu klubda saxlamaq istədiyi deyilir. “Real”ın futbolçunu transfer etməkdə maraqlı olduğu iddia edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью