Real ın keçmiş ulduzu insult keçirdi

20.10.2025

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real Madrid" klubunun keçmiş futbolçusu Royston Drente insult keçirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun son zamanlar çıxış etdiyi həvəskar klub - "FC de Rebellen" sosial şəbəkədə paylaşım edib.

Bildirilib ki, 38 yaşlı hollandiyalı futbolçu 17 oktyabr tarixində halının qəfil pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib. Hazırda o, həkim nəzarətindədir və ona bütün zəruri tibbi yardım göstərilir.

Hüseyn
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью