Real ın müdafiəçisi Ferlan Mendi 5 aydan sonra məşqlərə başlayıb

10.10.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın "Real" (Madrid) klubunun fransalı müdafiəçisi Ferlan Mendi uzun fasilədən sonra məşqlərə başlayıb.

"Report" "Marca" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun bərpa prosesi təxminən 5 ay çəkib.

F.Mendi mayın 3-də İspaniya La Liqasında "Espanyol"la matçda sağ budunun vətərini zədələdikdən sonra meydana çıxmayıb. O, zədələndikdən bir həftə sonra əməliyyat olunub.

Müdafiəçinin hələ rəsmi matçlarda iştirak etməyə hazır olmadığı bildirilib. Onun komandaya tam qayıtması üçün fiziki formasını bərpa etməsi və klub həkimlərindən yekun tibbi icazə almasının tələb olunduğu qeyd edilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью