Real ın müdafiəçisi Liverpul a qarşı oynaya biləcək

20.10.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real"ın zədəli futbolçusu Trent Aleksandr-Arnoldun yaşıl meydanlara qayıdacağı tarix məlum olub.

Sportal.az xəbər verir ki, ingiltərəli futbolçu noyabrın əvvəlində komandaya kömək edə biləcək. Bu barədə AS nəşri məlumat yayıb.

27 yaşlı sağ cinah müdafiəçisi UEFA Çempionlar Liqası Liqa mərhələsinin 4-cü turunun "Liverpul"la matçına hazır olacaq. Qarşılaşma noyabrın 4-də baş tutacaq.

Qeyd edək ki, "Real" Trent-Aleksandr Arnoldu bu ilin iyun ayında "Liverpul"dan 10 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью