Real ın müdafiəçisi millidə zədələndi 2 3 həftə oynamayacaq

19.11.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, La Liqa nəhənginin müdafiəçisi Eder Militao sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Militao Braziliya millisinin Tunislə keçirdiyi yoldaşlıq oyununda zədələnib. 27 yaşlı mərkəz müdafiəçisinin sağ ayağının böyük addüktor əzələsində zədə aşkarlanıb. 

Təcrübəli oyunçu 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, La Liqada "Elçe", "Jirona", "Atletik"lə, Çempionlar Liqasında isə "Olimpiakos"la matçda iştirak etməyəcək.

Qeyd edək ki, "Real" Eder Militaonu 2019-cu ilin yayında "Portu"dan 50 milyon avroya transfer edib. "Sambaçı" bu mövsüm Madrid təmsilçisinin heeyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью