Real ın müdafiəçisi xəstəliyə tutuldu: Karyerasını erkən başa vura bilər

01.05.2025

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniya milli komandası və "Real Madrid" klubunun üzvü Antonio Rüdigerin karyerası vaxtından əvvəl başa çata bilər. 

Ölkə.az Offsideplus.az-a istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçiyə erkən kirəcləşmə (osteoartrit) - oynaq qığırdaqlarının quruluşunun pozulmasına yol açan xəstəlik diaqnozu qoyulub. Adətən bu xəstəlik yalnız 40-50 yaşlarında oynaqlara təsir edir, lakin alman ulduz son 8 aydır ki, ağrıkəsicilərlə oynayır.

Rüdigerin diaqnoz nəticəsində xəstəliyin 4-cü mərhələsində olduğu ortaya çıxsa və oynaq tamamilə məhv olsa, bu, onun karyerasının sonu olacaq.

Qeyd edək ki, "Toni" 2022-ci ildən bəri "Kral klubu"nun formasını geyinir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью