Real ın müdafiəçisi zədələndi

02.12.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, La Liqa nəhəginin müdafiiəçisi Ferlan Mendi sıradan çıxıb. Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb.

Fransalı futbolçu sağ ayaq əzələsindən zədə alıb. 30 yaşlı sol cinah müdafiəçisinin təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Real" Ferlan Mendini 2019-cu ilin yayında "Lion"dan 48 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 1 rəsmi matçda meydana çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью