Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14.09.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

La Liqanın 4-cü turunda keçirilən “Real Sosyedad” – “Real” (1:2) oyununu idarə edən baş hakim Xesus Xil Mansanonun fəaliyyəti bu həftə ərzində Hakimlərin Texniki Komitəsi (CTA) tərəfindən qiymətləndiriləcək. 

QOL.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 

Komitə 32-ci dəqiqədə “kral klubu”nun müdafiəçisi Din Heysenə göstərilən qırmızı vərəqəni səhv qərar kimi tanıyacaq.

Qeyd olunur ki, VAR hakimi Xorxe Fiquerua Vaskez də müvəqqəti olaraq cəzalandırılacaq. O, Mansanoya monitoru izləməyi və qərarını dəyişməyi təklif etmədiyi üçün məsuliyyətə cəlb ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью