Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Real"ın prezidenti Florentino Peres "Barselona"ya qarşı keçiriləcək növbəti "El Klasiko"da iştirak etməyəcək.
Sportal.az xəbər verir ki, bu barədə "The Touchline" nəşri məlumat yayıb.
"Los Blankos"un rəhbəri artıq üçüncü mövsümdür ki, "Kamp Nou"dakı matça qatılmır. Bu qərar "Neqreyra işi"ndən sonra iki klub arasında yaranan gərginliklə bağlıdır. Bundan əlavə, klublar rəhbərlik heyətləri üçün nəzərdə tutulan ənənəvi oyunöncəsi naharı da ləğv ediblər.
Xatırladaq ki, İspaniya La Liqasının X turu çərçivəsində keçiriləcək "El Klasiko" bazar günü, 26 oktyabr tarixinə təyin olunub. "Kamp Nou" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
saytlarin hazirlanmasi