Real ın qapıçısı Atletiko nun hədəfində

13.05.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

"Atletiko" klubu İspaniyanın digər təmsilçisi "Real"ın qapıçısı Andrey Lunini transfer etməkdə maraqlıdır.

"Unikal" "Defensa Central"a istinadən xəbər verir ki, ukraynalı qolkiper baş məşqçi Dieqo Simeonenin heyətdə görmək istədiyi əsas oyunçulardandır.

Qapıçının "Real" müqaviləsinin müddəti 2030-cu ilə qədərdir. Lakin sərfəli təklif gələcəyi təqdirdə klubun onu satacağı bildirilib.

Qeyd edək ki, A.Lunin cari mövsümdə meydana çıxdığı 12 matçın dördünü qol buraxmadan başa vurub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью