Icma.az, sport24.az saytına istinadən bildirir.
Hücumçu Xoselu Qətər təmsilçii "Əl-Sailiya"ya keçməyə yaxındır. Sport24.az xəbər verir ki. bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.
36 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulacaq.
Xoselunun sonuncu klubu Qətərin digər təmsilçisi "Əl-Qarafa" olub. O, bu komandaya 2024-cü ildə "Real"dan keçmişdi.
Qeyd edək ki, ispan hücumçu ötən mövsüm 23 oyunda meydana çıxaraq 10 qol vurub və iki məhsuldar ötürmə edib.