Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Real" yay transfer pəncərəsində daha bir neçə keçid reallaşdırmağı planlaşdırır.
Sportal.az "El Mundo"ya istinadən xəbər verir ki, Madrid klubu hazırda bir mərkəz müdafiəçisi, bir mərkəz yarımmüdafiəçisi və hücum xətti üçün yeni futbolçu axtarır. Bundan əlavə, əsas heyətin vacib üzvləri hesab olunmayan bəzi oyunçularla da yolların ayrılması nəzərdə tutulur.
Qeyd edək ki, “Real” daha əvvəl cinah müdafiəçiləri Mark Kukurella və Denzel Dumfris, mərkəz müdafiəçisi İbrahima Konate, eləcə də yarımmüdafiəçi Bernardo Silva ilə bağlı transferləri razılaşdırıb.
Klub rəhbərliyi hesab edir ki, yeni mövsümdə bütün cəbhələrdə uğur qazanmaq üçün heyətin daha da gücləndirilməsi vacibdir və buna görə transfer bazarında fəaliyyət davam etdiriləcək.
saytlarin hazirlanmasi