Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Real"ın ulduzu Vinisius Junior ilə sevgili olan Virciniya Fonseka braziliyalı futbolçunun La Liqada "Vilyarreal"a qarşı oyununu canlı izləyib. Sport24.az xəbər verir ki, "İnstaqram" sosial şəbəkəsində 53,4 milyondan çox izləyicisi olan məşhur bloqger matça onun üçün xüsusi hazırlanmış üzərində "VINI" loqosu olan eksklüziv idman ayaqqabılarında gəlib ki, bu da jurnalistlərin gözündən yayınmayıb.
Qeyd edək ki, Juniorun Fonseka ilə münasibətləri ötən ilin oktyabrında ictimailəşib. O vaxta qədər cütlük münasibətlərini gizli saxlayırdılar.
Fonsekanın ilk evliliyindən üç uşağı var. Virciniya həmçinin yerli milyonçudur və onun sərvəti 400 milyon Braziliya realı olaraq qiymətləndirilir.