Real ın yarımmüdafiəsi üçün sürpriz namizədi

05.07.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Real" yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir. Sport24.az "Fichajes"ə istinadən xəbər verir ki, "kral klubu"nun transfer siyahısında Kobbi Meynu ön sıralarda yer alır.
Məlumata görə, Madrid təmsilçisi bu yay olmasa da, gələn il gənc ingilis yarımmüdafiəçini heyətinə qatmaq variantını nəzərdən keçirir. Klub rəhbərliyi uzun illər komandaya fayda verə biləcək, fiziki cəhətdən güclü və böyük inkişaf potensialına malik futbolçu axtarışını davam etdirir.
Qeyd edək ki, Meynu "Mançester Yunayted" ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. İngiltərə klubu yalnız çox yüksək məbləğdə təklif alacağı halda 21 yaşlı futbolçunun transferinə razılıq verməyə hazırdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью