Real ın yeni hədəfi: Perez Atletiko nun ulduzunu istəyir

08.06.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

“Real Madrid” hücum xəttini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, Madrid təmsilçisi “Atletiko”nun futbolçusu Xulian Alvarezlə maraqlanır.

“Sky DE”nin məlumatına görə, “kral klubu” argentinalı hücumçu ilə bağlı ilkin məlumat alıb.

Alvarezin transferində “Real Madrid” prezidenti Florentino Peresin də maraqlı olduğu bildirilir. Klub rəhbərliyi yay transfer pəncərəsində hücum xəttinə yüksək səviyyəli futbolçu cəlb etməyi planlaşdırır.

Madrid təmsilçisi hələlik rəsmi təklif göndərməyib. Lakin Alvarezin vəziyyəti və mümkün transfer şərtləri ilə bağlı məlumat toplamağa başlayıb.

“Forvard” mövqeyində bir neçə variantı nəzərdən keçirən “Real” üçün Alvarez əsas namizədlərdən biri hesab olunur.
Qeyd edək ki, Xulian Alvarez 2025/26 mövsümündə La Liqada “Atletiko”nun heyətində 29 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Argentinalı futbolçunun Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.

Kukurelya uğrunda Mançester derbisi "Fiorentina"nın baş məşqçisi bəlli olub "Fulhem"də "yarpaq tökümü": 14 ayrılıq “45 milyona ancaq bir ayağını alarsınız” – “İnter”dən "Qalatasaray"a sərt cavab "Komo"nun tələbi bəllidir: 80 MİLYON AVRO
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью