Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
''Real''da mövsümün sonunda baş məşqçi postuna kimin gətiriləcəyi indidən böyük maraqla gözlənilir.
"Football-plus.az" xəbər verir ki, Xabi Alonsonun istefasından sonra baş məşqçi funksiyasını icra edən Alvaro Arbeloa yalnız bir neçə ay komandanın başında yer alacaq. Yürgen Kloppla bağlı iddialar gündən-günəartır. Həftənin əvvəlində əsas namizəd Entso Mareska sayılırdı. Amma indi italiyalının ''Real''ın başına keçmək ehtimalı cəmi 11 faizə bərabərdisə, Kloppun gəlməsi ehtimalı 25 faizə qalxıb!
Bu arada İspaniya mətbuatının yazdığına inansaq, almaniyalı mütəxəssis indidən gələn mövsüm ''Real''da görmək istəmədiyi futbolçuların siyahısını rəhbərliyə təqdim edib. Bu siyahının başında Arda Gülər gəlir! Bu xəbəri ''El Nasional'' nəşri paylaşıb. Nəşrdə qeyd olunub ki, Klopp türkiyəli ulduzun istedadına şübhə etməsə də, onun qeyri-sabit oynadığını düşünür. Təcrübəli məşqçinin fikrincə, Ardanın ehtiyatda qalmasındansa, başqa kluba yollanması hər iki tərəf üçün də ən yaxşı çıxış yolu olar. Klopp yarımmüdafiənin mərkəzinin çox mühüm mövqe olduğunu düşünür və burda yalnız sabit futbol sərgiləyən oyunçuların yer almasını istəyir. Arda Gülərdən başqa Klopp Dani Sebalyosun rəqabət səviyyəsinin ''Real'' üçün yetərli olmadığını düşünür.
Bundan başqa, o, Antonio Rüdigerin də bütün mövsümü eyni səviyyədə keçirə biləcəyinə şübhə ilə yanaşır və onun yerinə başqa müdafiəçi alınmasını istəyir. Təbii ki, bu iddiaların heç biri rəsmi deyil. Onların doğru olub-olmadığını yalnız mövsümün sonunda biləcəyik.