Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
"Real"ın yeni qapıçı hədəfi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
"Real"ın qapıçısı Tibo Kurtuanın əvəzləyicisi məlum olub.
QOL.az xəbər verir ki, "Madrid Zone" nəşrinin məlumatına görə, Kurtuanın əvəzləyicisi olaraq İngiltərənin "Brayton" klubunun qolkiperi Bart Verbruqqen əsas namizədlərdən biri hesab olunur.
Bildirilir ki, Madrid təmsilçisi gələn yay Verbruqqeni transfer edə bilər. 23 yaşlı niderlandlı qapıçının İngiltərə klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir.
Qeyd edək ki, "Transfermarkt" portalı Bart Verbruqqenin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.