Real ın yeni transferi Arda Gülər haqda nə dedi?

11.08.2026

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

''Real''ın yeni transferlərindən olan Bernardo Silva türkiyəli ulduz Arda Gülərlə bağlı fikirlərini bölüşüb.

Arda bu aralar PSJ-nin ciddi maraq dairəsindədi. Amma ''Real'' və Joze Mourinyo bu cür istedadlı və gənc oyunçunu əldən buraxmaq istəmir. 9 illik ''Mançester Siti'' macərasını başa vuraraq Madridə gələn Silva bunları deyib:

''Arda ilə bağlı məni yaxşı mənada təəccübləndirən şey onun meydanı görmə və oyunu anlamaq qabiliyyətidi. Ətrafındakı oyunçuların da işini asanlaşdırır. Onunla birlikdə oynamağı həqiqətən də səbirsizliklə gözləyirəm. Meydanda bir-birimizi əla şəkildə tamamlaya biləcəyimizi düşünürəm. Arda hələ də çox gəncdi. Amma səviyyəsinə indidən hər kəs bələddi. Məncə, belə davam etsə, ''Real'' üçün çox mühüm oyunçulardan birinə çevriləcək''.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью