Real ın yetirməsi Araz Naxçıvan da RƏSMİ

23.06.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Heyətini gücləndirməyə çalışan “Araz-Naxçıvan” Alberto Qarsia Fernandeslə anlaşıb.

Apasport.az xəbər verir ki, İspaniyalı yarımmüdafiəçi yeni mövsümdə “qırmızı-ağlar”ın formasını geyinəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Oyunçu ilə imzalanan müqavilənin müddəti 1 ildir.

30 yaşlı futbolçu “Real” (Madrid) klubun yetirməsidir. Yarımmüdafiəçi müxtəlif illərdə vətənində “Kastilya”, “Fuenlabrada”, UKAM, “Sabadel”, “Rayo Maxadaonda”, eləcə də Kiprin “Omoniya” və “Akritas Xloraka” klublarının formasını geyinib. A. Fernandes 2017-ci ildə İspaniya U-19 millisinin heyətində 1 oyunda meydana çıxıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

"İmişli"də növbəti ayrılıq "Qarabağ"dan Cəfərquliyev qərarı: AVSTRİYAYA YOLLANIB "Araz-Naxçıvan"dan yeni transfer - RƏSMİ Azərbaycanın futzal millisinin Çexiya və Latviyaya qarşı matçlarının statistikası açıqlanıb "Şahdağ Qusar"dan yeni transfer
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью