Real ın zədəli futbolçusu Rodriqonun yaşıl meydanlara dönəcəyi vaxt müəyyənləşib

15.09.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İspaniyanın "Real" klubunun zədəli futbolçusu Rodriqonun yaşıl meydanlara dönəcəyi vaxt müəyyənləşib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 25 yaşlı vingerin dekabrın ortalarında sıraya qayıdacağı gözlənilir.

Braziliya millisinin üzvü martda çarpaz bağlarının qopması nəticəsində ağır xəsarət alıb.

Xatırladaq ki, 2019-cu ildən Madrid təmsilçisində çıxış edən Rodriqo 297 oyuna 71 qol və 57 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью