“Real” İnter in futbolçusuna elçi düşdü

17.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Real” "İnter"in futbolçusuna elçi düşdü

"Real" “İnter”in mərkəz müdafiəçisi Alessandro Bastonini transfer etməyi planlaşdırır.

QOL.az xəbər verir ki, bu haqda “La Gazzetta dello Sport” məlumat yayıb.

Klub prezidenti Florentino Pérez “İnter” rəhbəri Beppe Marotta ilə “Santiago Bernabéu”da keçirilən əfsanəvi oyun zamanı Bastoni barədə danışıb.

Bildirilir ki, Milan təmsilçisi müdafiəçini ən azı 70 milyon avro dəyərində qiymətləndirir. Bu məbləğ əvvəlcə "Barselona" ilə aparılan danışıqlarda da tələb olunub.

“Real” mümkün transferlə bağlı yekun qərarı baş məşqçi Joze Mourinyo ilə müzakirələrdən sonra verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью