Real İspaniya millisindəki təmsilindən narahatdır

16.11.2024

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Real” son illərdə oyunçularının İspaniya millisində təmsil olunma səviyyəsinin aşağı düşməsindən narahatdır.

QOL.az xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb. Bu halı aradan qaldırmaq üçün Madrid təmsilçisi daha çox ispaniyalı oyunçuları heyətinə cəlb etmək niyyətindədir. Klub həm akademiyasından, həm də digər komandaların potensiallı ispaniyalı futbolçuları transfer etmək niyyətindədir. 

Qeyd olunur ki, "Real"da istedadlı əcnəbi oyunçuları transfer etməyi daha effektiv sayırlar. Lakin klubda narahatdırlar ki, daimi şəkildə milliyə tək bir futbolçusu Dani Karvaxal olub.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью