Real İspaniya millisinin oyunçusu ilə danışıqlar aparır

15.05.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Real" "Bornmut"un futbolçusu Din Höyseni hədəfləyib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

20 yaşlı mərkəz müdafiəçinin tərəfi artıq Madriddədir. Hazırda müqavilənin detalları üzrə danışıqlar gedir. "Kral klubu" onun transferi üçün İngiltərə təmsilçisinə 50 milyon funt sterlinq ödəməyə hazırdır. 

Bildirilir ki, "Real" İspaniya millisinin oyunçusuna 5 illik sözləşmə təklif edir. 

Qeyd edək ki, Din Höysen bu mövsüm "Bornmut"un heyətində 34 oyuna çıxaraq 3 qol vurub və 1 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью