Real İspaniya millisinin oyunçusunu alır

30.08.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Real" heyətini yeni oyunçu ilə gücləndirəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki,  "Kral klubu" "Rasinq"də çıxış edən Serxio Martinesin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Real" 19 yaşlı yarımmmüdafiəçi üçün onun klubuna 3 milyon avro təzminat ödəyəcək. Gənc oyunçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

Qeyd edək ki, Serxio Martines "Rasinq"in yetirməsidir. O, İspaniyanın U-19 millisinin üzvüdür.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью