futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Real”ın futbolçusu Rodriqo klubdakı gələcəyi haqda danışıb.
Futbolpress.az xəbər verir ki, İspaniya mətbuatına danışan braziliyalı vinger oyun praktikasının az olmasından söz açıb:
“Ehtiyatda daha çox oluram. Baş məşqçinin qərarlarına hörmətlə yanaşmaq lazımdır. Startda olanda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Bu klubda oynadığım hər andan zövq almalıyam.
“Real” istədiyi müddətdə burda qalacağam. Desələr ki, özünə klub tap, “yaxşı” deyərəm. Amma mənə belə söz deməyiblər”.
Rodriqo bu mövsüm 8 oyunda 2 məhsuldar ötürmə edib.