Real İtaliya klubuna satdığı müdafiəçini geri qaytarmaq istəyir

30.10.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Real" hazırda "Komo"nun formasını geyinən müdafiəçi Xakobo Ramonu gələn yay geri qaytarmaq hüququndan istifadə etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "El Desmarque" nəşri məlumat yayıb. 

21 yaşlı ispan futbolçu "Real"ın yetirməsidir və 2025-ci ilin iyulunda 2,5 milyon avro qarşılığında İtaliya klubuna keçib.

O, geri qayıtdıqdan sonra klub rəhbərliyi onun komandada qalmasına, yoxsa başqa klublardan gələn transfer təkliflərinin nəzərdən keçirilməsinə qərar verəcək. Geri qaytarma bəndi 9 milyon avro məbləğində müəyyən edilib. 

Qeyd edək ki, Ramonun "Komo" ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı müdafiəçinin hazırkı bazar dəyərini 45 milyon avro qiymətləndirir.

Xakobo 2026/27 mövsümündə 12 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью