“Real” Joze Mourinyoya əvəzləyici axtarır

18.10.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Real” Joze Mourinyoya əvəzləyici axtarır

Madrid “Real”ının prezidenti Florentino Peres baş məşqçi Joze Mourinyonu istefaya göndərmək ehtimalını nəzərdən keçirir.

QOL.az xəbər verir ki, “Radio Marca”nın məlumatına görə, Peres komandanın nəticələri yaxşılaşmayacağı təqdirdə baş məşqçi postuna Didye Deşamı gətirməyi düşünür.

Qeyd edək ki, La Liqanın 8 turundan sonra 18 xalı olan “Real” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xatırladaq ki, 58 yaşlı Deşam 2026-cı il dünya çempionatından sonra Fransa millisini tərk etdikdən bəri işsizdir. O, daha əvvəl “Monako”, “Yuventus” və “Marsel” klublarını çalışdırıb. Mütəxəssis Fransa millisi ilə 2018-ci ildə dünya çempionu olub, 2020/2021 mövsümündə isə Millətlər Liqasını qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью