Real Jude Bellinqhemin qardaşı ilə maraqlanır

01.05.2025

Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Sanderlend"in yarımmüdafiəçisi Cob Bellinqhem qardaşı Jude Bellinqhemlə eyni komandada çıxış edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "Marca"ya istinadən xəbər verir ki, Job öz performansı ilə "Real Madrid"i heyran edib və Madrid klubu 19 yaşlı futbolçunu diqqətlə izləyir.

Bellinqhem Jr bu mövsüm "Sanderlend"in heyətində 39 matça çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Onun ingilis klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

"Transfermarkt" portalı futbolçunun dəyərini 22 milyon avro qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью