Real kapitanını itirdi

28.09.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Real"ın kapitanı Dani Karvahal zədələnib.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  ispaniyalı müdafiəçiyə alt əzələsinin yırtılması diaqnozu qoyulub.

COPE nəşri yazıb ki, 33 yaşlı futbolçu 4 həftə yaşıl meydanlardan kənarda qala bilər.

Xatıladaq ki, ötən ilin oktyabrında Karvahal çarpaz bağlarından zədələnmişdi. O, bu il mayın sonunda yaşıl meydanlara qayıtmışdı.

Qeyd edək ki, Karvahal bu mövsüm bütün yarışlarda 7 matçda meydana çıxıb, lakin fərqlənə bilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью