Real Kazemironu bu qış geri qaytara bilər

22.11.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Real Madrid" hazırda "Mançester Yunayted"də çıxış edən sabiq yarımmüdafiəçisi Kazemironu bu qış geri qaytarmaq barədə düşünür.

Fanat.Az xəbər verir ki, informasiyanı "Trivela" yayıb.

Xəbərə görə, "Kral klubu"nun idarəçiləri təcrübəli braziliyalının komandanın gənc yarımmüdafiəçilərinin inkişafına yardımçı olacağına əmindirlər. Mənbə İspaniya nəhənginin zədəlilərin çoxluğu üzündən müdafiəyəmeyilli yarımmüdafiəçinin xidmətinə böyük ehtiyac duyduğunu da vurğulayıb.

Qeyd edək ki, cari mövsüm MY forması ilə bütün turnirlərdə 16 matça çıxan Kazemiro 3 qol vurub. Onun "qırmızı şeytanlar"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью