Real klublararası dünya çempionatının qalibi olsa, hər futbolçusu bu qədər qazanacaq

30.05.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Real Madrid" iyunun 15 iyun - 13 iyul aralığında ABŞ-də baş tutacaq klublararası dünya çempionatında qalib olacağı halda, futbolçuların hərəsinə hansı məbləğdə mükafat veriləcəyi açıqlanıb.

Fanat.Az-ın məlumatına görə, informasiyanı AS yayıb.

Mənbə çempionluğu bayram edəcəkləri təqdirdə, "Kral klubu"nun oyunçularının hər birinə 1 milyon avro ödəniləcəyini vurğulayıb.

Yeni formatda keçirilən klublararası dünya çempionatına 32 klub qatılacaq. İştirakçılar hərəsi 4 komandadan ibarət 8 qrupda mübarizə aparacaqlar. Hər qrupda ilk iki yeri tutan kollektivlər pley-offa yüksələcəklər.

Turnirdə iştirak edən komandaların heyətlərini gücləndirmələri üçün onların iyunun 1-dən 10-a qədər sıralarına yeni oyunçular cəlb etmələrinə şərait yaradılacaq. 

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью