“Real” klubu “Barselona” “Vilyarreal” matçının ləğvindən məmnundur

22.10.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Real Madrid” La Liqanın 17-ci turun “Villarreal” – “Barselona” matçının ABŞ-da keçirilməməsi barədə qərarından məmnundur.

İdman.Biz COPE-yə istinadla xəbər verir ki, oyun dekabrın 20-nə planlaşdırılmışdı.

Mənbənin sözlərinə görə, “Real” belə bir matçın təşkilinin ciddi presedent yarada biləcəyini düşünür.

“Kral klubu”nda hesab edirlər ki, La Liqa futbolçularının etirazları təşkilatçının Mayamidə “Villarreal” – “Barselona” matçını ləğv etmək qərarında həlledici amil olub.

Xatırladaq ki, La Liqa komandaları matçın xaricdə keçirilməsinə etiraz əlaməti olaraq 9-cu turun oyunlarının ilk saniyələrində topa toxunmurdular. Lakin matçların yayımı zamanı bu etiraz ekranlarda nümayiş etdirilməyib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью