Real klubu Luka Modriçə əvəzləyici tapıb

23.11.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

İspaniya təmsilçisi "Real" (Madrid) cari mövsümün sonu komandanı tərk edəcək Luka Modriçə əvəzləyici tapıb.

"Report" "El Gol Digital"a istinadən xəbər verir ki, "Kral klubu" İtaliyanın "İnter" komandasında çıxış edən Nikolo Barellanın xidmətində maraqlıdır.

Milanlılar yarımmüdafiəçi üçün 80 milyon avro tələb edir. Qarşı tərəf isə bu transferi 60 milyon avroya həll etməyə çalışacaq.

Qeyd edək ki, N.Barella cari mövsüm "İnter"in heyətində 13 oyun keçirib və 1 qol vurub.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью