Real klubunun avtobusu İngiltərədə qəzaya UĞRADI

28.11.2024

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində səfərdə "Liverpul"la (İngiltərə) qarşılaşan "Real" (Madrid, İspaniya) klubunun avtobusu qəzaya uğrayıb.

Redaktor.az Britaniya mətbuatına istinadən xəbər verir ki, xoşagəlməz hadisə zamanı yük maşını Madrid təmsilçisinin avtobusuna çırpılıb.

Qəza zamanı komandanın formalarını daşıyan avtobusda klub rəsmilərindən və futbolçulardan heç kim olmayıb.

Qeyd edək ki, Çempionlar Liqasının V turunun oyununda "Liverpul" doğma meydanda "Real"a 2:0 hesabı ilə qalib gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью