Real klubunun avtobusu İngiltərədə qəzaya uğrayıb

28.11.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində səfərdə "Liverpul"la (İngiltərə) qarşılaşan "Real" (Madrid, İspaniya) klubunun avtobusu qəzaya uğrayıb.

"Report" Britaniya mətbuatına istinadən xəbər verir ki, xoşagəlməz hadisə zamanı yük maşını Madrid təmsilçisinin avtobusuna çırpılıb.

Qəza zamanı komandanın formalarını daşıyan avtobusda klub rəsmilərindən və futbolçulardan heç bir futbolçu olmayıb.

Qeyd edək ki, Çempionlar Liqasının V turunun oyununda "Liverpul" doğma meydanda "Real"a 2:0 hesabı ilə qalib gəlib.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью