Real klubunun avtobusu Liverpulla oyundan sonra qəzaya uğrayıb

28.11.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində səfərdə "Liverpul"la (İngiltərə) qarşılaşan "Real" (Madrid, İspaniya) klubunun avtobusu qəzaya uğrayıb.

Bakıvaxtı.az Britaniya mətbuatına istinadən xəbər verir ki, xoşagəlməz hadisə zamanı yük maşını Madrid təmsilçisinin avtobusuna çırpılıb.

Qəza zamanı komandanın formalarını daşıyan avtobusda klub rəsmilərindən və futbolçulardan heç kim olmayıb.

Qeyd edək ki, Çempionlar Liqasının V turunun oyununda "Liverpul" doğma meydanda "Real"a 2:0 hesabı ilə qalib gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью