Real klubunun avtobusu Liverpulla oyundan sonra qəzaya uğrayıb

28.11.2024

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində səfərdə "Liverpul"la (İngiltərə) qarşılaşan "Real" (Madrid, İspaniya) klubunun avtobusu qəzaya uğrayıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, xoşagəlməz hadisə zamanı yük maşını Madrid təmsilçisinin avtobusuna çırpılıb.

Qəza zamanı komandanın formalarını daşıyan avtobusda klub rəsmilərindən və futbolçulardan heç kim olmayıb.

Qeyd edək ki, Çempionlar Liqasının V turunun oyununda "Liverpul" doğma meydanda "Real"a 2:0 hesabı ilə qalib gəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью