“Real” Konate ilə bağlı geri addım atmağa hazırlaşır

10.12.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Real” Konate ilə bağlı geri addım atmağa hazırlaşır

“Real” müdafiə xəttini gücləndirmək üçün planlarını yenidən nəzərdən keçirir.

QOL.az xəbər verir ki, payızın sonlarında “Liverpul”un müdafiəçisi İbrahima Konateni transfer etməkdən imtina edən "kral klubu" fikrini dəyişib. “Transfer News Live”ın nəlumatına görə, buna səbəb Eder Militaonun ciddi zədə almasıdır. Həftəsonu zədələnən braziliyalı futbolçunun yalnız aprel ayında heyətə qoşula biləcəyi gözlənilir.

Yaranmış vəziyyəti nəzərə alan Madrid təmsilçisi Konate variantına geri dönüb. Məlumata görə, müqavilə müddəti başa çatmaq üzrə olan 26 yaşlı müdafiəçini klub qış transfer pəncərəsində 17 milyon avro qarşılığında heyətinə qata bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью