Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.
“Real” bu yay azad agent kimi İbrahim Konateni heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, fransalı müdafiəçinin Liverpul ilə müqaviləsi 2025/26 mövsümünün sonunda bitir. Madrid təmsilçisi mövsümün sonunda Konateni razı sala biləcəyini düşünür. Amma “Liverpul” rəhbərliyi yeni müqavilə üzrə danışıqlardan məmnundur və son görüşlər ümidvericidir.
“Bavariya” və PSJ-nin də Konateni transfer etmək istədiyi bildirilib.