Real Kriştiano Ronaldonun oğlu ilə müqavilə bağlamayacaq

27.03.2026

Icma.az bildirir, sport24.az portalına istinadən.

Kriştiano Ronaldonun böyük oğlunun son günlərdə "Real"ın akademiyasında məşq etməsi, 15 yaşlı futbolçunun kluba daimi qoşulduğu anlamına gəlmir. Sport24.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl "The Athletic" nəşri kiçik Ronaldonun Madrid klubunun akademiyasına keçəcəyi ilə bağlı xəbər paylaşımışdı.

Mənbənin sözlərinə görə, ona yalnız fiziki formasını qorumaq üçün klub akademiyasında yaşıdları ilə məşq etməyə icazə verilib. Yaxın Şərqdəki qeyri-sabit vəziyyət onun müvəqqəti olaraq "Əl-Nəsr"də məşq etməsinə mane olub. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью